ABŞ Rusiya iqtisadiyyatına qarşı sanksiyaları sərtləşdirməyi hədəfləyir | Banco.az

ABŞ Rusiya iqtisadiyyatına qarşı sanksiyaları sərtləşdirməyi hədəfləyir

Müəllif - Aida İsaq, Banco.az

ABŞ ən qısa zamanda Rusiya iqtisadiyyatına qarşı sanksiyaların sərtləşdirilməsinə diqqət yetirəcək. 

Banco.az xəbər verir ki, bu barədə “KleptoCapture” şirkətinin rəhbəri Endryu Adams məlumat verib. Təşkilat ABŞ Ədliyyə Nazirliyinin rusiyalı milyarderlərə qarşı sanksiyalar tətbiq etmək üçün yaradılan bölməsidir. Məlumata görə, ruslara sanksiyalardan yayınmağa kömək edən şəxslər üçün də məhdudiyyətlərin siyahısı genişləndirəcək. Şirkət müvafiq tədbirləri effektiv üsul hesab edir. Bundan başqa, Amerikanın Rusiyaya ixracına nəzarətinin gücləndiriləcəyi bildirilir. Eyni zamanda ABŞ Rusiya oliqarxlarının əmlakını hüquqi yollarla müsadirə etmək üçün qanunlardakı boşluqları aradan qaldırmağı planlaşdırır. Aktivlərin satılaraq əldə olunan gəlirin Ukraynaya köçürüləcəyi qeyd olunur. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram