Müəllif - Aida İsaq, Banco.az
ABŞ Maliyyə Nazirliyi Rusiya Mərkəzi Bankı və digər banklarla bütün enerji əməliyyatları üçün icazə müddətini uzadıb.
Banco.az xəbər verir ki, enerji sektoru ilə əlaqəli olan bütün əməliyyatlara 15 may 2023-cü il tarixinədək icazə verilir.
ABŞ-ın lisenziya müddətini uzatdığı maliyyə institutları arasında "VEB", "Otkritie Bank", "Sovcombank", "Sberbank", "VTB", "Alfa-Bank" və digər müvafiq təşkilatları da daxil olmaqla ən böyük Rusiya bankları yer alır.
ABŞ Xəzinədarlığı lisenziyanın verilməsindən sonra amerikalıların bloklanmış banklarla hansı formada əlaqə qura biləcəyinə aydınlıq gətirib. Bunun üçün xüsusi prosedurları yerinə yetirmək tələb olunacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!