"ABŞ pulunun kəskin ucuzlaşması gündəmdə deyil" | Banco.az

"ABŞ pulunun kəskin ucuzlaşması gündəmdə deyil"

“Prezident Tramp artıq 3 gündür Ağ Evdədir. ABŞ-da Tramp dövrünün başlaması dünya iqtisadiyyatına nə vəd edir? Bizim ölkəmiz üçün tәbii ki, neftin və dolların dünya bazar qiymətinin necə dəyişəcəyi daha maraqlıdır”.

İqtisadçı-alim Vüqar Bayramov bildirib ki, dolların aparıcı valyutalara, xüsusən də, avroya qarışı məzənnəsində psixoloji sәbәblәrdәn müəyyən enişlər mümkün görünsə də, ABŞ pulunun kəskin ucuzlaşması gündəmdə deyil. 

“Trampın “Amerika məhsulları ABŞ-da istehsal olunsun” şüarının reallaşacağı inandırıcı deyil. Transmilli şirkətlər ucuz işçi qüvvəsinə malik olan ölkələrdən istehsallarını bahalı Amerikaya daşıyacağı ağlabatan deyil. Bu isə o deməkdir ki, dünya bazarında dolların dəyərsizləşməsinə ümid etmək sadəlövhlük olardı.

Ən sərfəli kredit üçün müraciət et

Neftin dünya bazar qiymətini proqnozlaşdırmaq çətin olsa da, Trampın mühafizəkar siyasəti “qara qızıl”ın qiymətində kəskin artımlara imkan verməyəcək.

Tramp seçkiqabağı kampaniyada neft idxalı ilə bağlı vədlərinə sadıq qalarsa, o zaman hətta neftin dünya bazar qiymətində kəskin enişlər də mümkündür.

Bütövlükdə, okeanın digər tərəfindəki reallıqları nəzərə alsaq, ABŞ-ın yeni prezidentinin daxili və xarici iqtisadi siyasətdə ciddi dəyişikliklər edəcəyi inandırıcı deyil. 

Bununla belə, güman edilir ki, ABŞ-ın xarici iqtisadi siyasətində potensial dəyişikliklər Çin və Latın Amerikası ölkələri ilə bağlı ola bilər. Beləliklə, Vaşinqton Tramp üçün deyil, Tramp Vaşinqton üçün işləyəcək”, - deyə V.Bayramov deyib.

Ən sərfəli krediti almaq üçün müraciət et