Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harris seçki kampaniyalarına rekord məbləğdə 3,5 milyard dollar xərcləyiblər.
Banco.az "Financial Times"a (FT) istinadən xəbər verir ki, bu, ABŞ-də keçirilən cari prezident seçkilərini tarixdə ən bahalı seçkiyə çevirib.
Nəşr qeyd edir ki, Harris seçki kampaniyası üçün 2,3 milyard dollardan çox pul toplaya bilib, bunun da 1,9 milyard dolları xərclənib. Ağ Evin keçmiş rəhbəri isə 1,8 milyard dollar toplayıb və 1,6 milyard dollar xərcləyib. Bu vəsaitin yarıdan çoxu mediada, internetdə və Amerika şəhərlərinin küçələrində - əsasən səsvermənin nəticəsi üçün əsas olan ştatlarda reklam kampaniyalarına xərclənib.
Əməliyyatlar və inzibati xərclər hər iki namizəd üçün ikinci ən böyük xərc olub, Harris üçün 250 milyon dollardan az, Tramp üçün isə təxminən 200 milyon dollar təşkil edib.
Qəzet, Trampın kampaniyası zamanı bütün vəsaitin təxminən 14%-nin - 100 milyon dollardan çoxunun ABŞ-də bir neçə məhkəmə prosesinin aparıldığı eks-prezidentin məhkəmə xərclərinin ödənilməsinə yönəldiyini qeyd edir. Vaşinqtonda məhkəmədə, respublikaçı,
xüsusilə, 2020-ci ilin noyabrında keçirilən seçkilərdə məğlub olmasına baxmayaraq, faktiki olaraq qanunsuz hərəkətlərlə hakimiyyəti əldə saxlamaq cəhdində ittiham olunur.