Müəllif - Aida İsaq, Banco.az
Dünyada geosiyasi gərginliyin kəskinləşməsi fonunda müxtəlif ölkələrin nüvə silahına xərcləri çoxalıb.
Banco.az xəbər verir ki, ötən ilin sonunda bu cür silahlara sahib doqquz ölkə müvafiq məqsədlər üçün ümumilikdə 82,9 milyard dollar xərcləyib. ABŞ isə bu göstərici üzrə liderliyini qoruyub.
Hazırda dünyada nüvə silahına malik yalnız doqquz ölkə var. Bunlara Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya, Pakistan, Hindistan, İsrail və Şimali Koreya (KXDR) daxildir. 2022-ci ilin sonunda Birləşmiş Ştatlar bütün digər ölkələrin ümumilikdə cəmindən daha çox - 43,7 milyard dollar xərcləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!