ABŞ Nümayəndələr Palatası 95 milyard dollarlıq büdcə təklifini təsdiqləyib. | Banco.az

ABŞ Nümayəndələr Palatası 95 milyard dollarlıq büdcə təklifini təsdiqləyib.

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Nümayəndələr Palatası müdafiənin gücləndirilməsi, fermerlərə dəstək və seçici qeydiyyatı qaydalarının sərtləşdirilməsini nəzərdə tutan 95 milyard dollarlıq büdcə təklifini qəbul edib.

Banco.az xəbər verir ki, sənəd 216 deputatın lehinə, 214 deputatın isə əleyhinə səs verməsi ilə təsdiqlənib. Təklifə qarşı səs verənlər arasında demokratlarla yanaşı iki respublikaçı da yer alıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp administrasiyası bu büdcə təklifini İrana qarşı hərbi əməliyyatların maliyyələşdirilməsi istiqamətində ilk addım kimi qiymətləndirir.

Bununla belə, sənədin qüvvəyə minməsi üçün onun ABŞ Senatı tərəfindən də təsdiqlənməsi tələb olunur. Hazırda isə təklifin Senatda qəbul ediləcəyi ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır.