ABŞ-nin Qiymətli Kağızlar və Birjalar Komissiyası Maska qarşı sanksiyalar tətbiq edə bilər | Banco.az

ABŞ-nin Qiymətli Kağızlar və Birjalar Komissiyası Maska qarşı sanksiyalar tətbiq edə bilər

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ-nin Qiymətli Kağızlar və Birjalar Komissiyası amerikalı sahibkar İlon Maskı “X” platformasını alması ilə bağlı istintaq çərçivəsində ifadə vermək məqsədilə məhkəməyə gəlmədiyi üçün sanksiyalarla hədələyib.

Banco.az xəbər verir ki, bu barədə “CNN” məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Məlumata görə, sahibkar və Komissiya nümayəndələri Maskın sentyabrın 10-da Los-Ancelesdə ifadə verməsi ilə bağlı razılığa gəliblər. Amma dinləmədən üç saat əvvəl Maskın vəkili bildirib ki, sahibkar “SpaceX”in raket buraxılışına getməyə məcbur olub.

Telekanalın məlumatına görə, komissiya sahibkarın oktyabrda ifadə vermədiyi təqdirdə ona qarşı sanksiyaların tətbiqi ilə bağlı vəsatət qaldıracaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram