ABŞ-nin kommersiya neft ehtiyatları 428 mln. barelə enib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

ABŞ-nin kommersiya neft ehtiyatları 428 mln. barelə enib

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ-nin kommersiya xam neft ehtiyatları keçən həftə təxminən 1 milyon 800 min barel azalaraq 428 milyon 400 min barelə enib. 

Banco.az ABŞ-nin Energetika Nazirliyi yanında Energetika Administrasiyasına (EIA) istinadən xəbər verir ki, kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları təqribən 1 milyon 200 min barel artaraq 390 milyon 400 min barel səviyyəsinə yüksəlib.

Sözügedən dövrdə ABŞ-nin benzin ehtiyatları təxminən 3 milyon 300 min barel artaraq 212 milyon 200 min barrelə çatıb.

ABŞ-nin gündəlik xam neft hasilatı noyabrın 16-dan 22-ə qədər olan dövrdə 295 min barel artaraq 13 milyon 937 min barelə çatıb.

Ölkənin xam neft idxalı ötən həftə əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 1 milyon 600 min barel azalaraq 6 milyon 83 min barelə, xam neft ixracı isə orta hesabla gündəlik 285 min barel artaraq 4 milyon 663 min barelə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram