ABŞ-nin dövlət borcu 36 trilyon dollara yüksəlib | Banco.az

ABŞ-nin dövlət borcu 36 trilyon dollara yüksəlib

Müəllif:Ayşən İmanova/Banco.az

2024-cü ildə ABŞ-nin dövlət borcu Rusiyanın suveren borcundan 8 dəfə çox artıb.

Banco.az xəbər verir ki, bu barədə iki ölkənin Maliyyə Nazirliklərinin məlumatında deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunur ki, Birləşmiş Ştatların borcu 36,2 trilyon dollar təşkil edir. İl ərzində bu məbləğ 7% artaraq 2,37 trilyon dollara çatıb. Eyni zamanda, bu ilin dekabr ayının əvvəlinə Rusiyanın ümumi dövlət borcu təxminən 286,3 milyard dollar təşkil edib.

Beynəlxalq Valyuta Fondunun proqnozlaşdırdığı kimi, Amerikanın dövlət borcunun həcmi bu ilin sonuna kimi ÜDM-in 121%-nə, 2029-cu ildə isə heç bir tədbir görülməzsə, ÜDM-in 131,7%-nə çatacaq.