Müəllif:Gülbəniz Hüseynli/Banco.az
ABŞ-nin dövlət borcu ilk dəfə 34 trilyon dollara çatıb.
Banco.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, yanvarın 2-nə ABŞ-nin borcu 34,001 trilyon dollar təşkil edib. 2022 -2023-cü illər ərzində ABŞ-nin dövlət borcu 4 trilyon dollar artıb.
Bir müddət əvvəl “Bloomberg” agentliyi bildirmişdi ki, 2020-ci ildə koronavirus pandemiyası başlayandan sonra qarşıdakı illər ərzində ABŞ-də dollar üçün çətin günlər gözlənilir.
Britaniya İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzi (CEBR) proqnozuna görə, Çin 2037-ci ilə qədər Amerika iqtisadiyyatını ötməklə ÜDM-in həcminə görə dünyada birinci yeri tuta bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!