Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ-nin BMT-yə olan borcunun ümumi məbləği 2,8 milyard dollara çatıb.
Banco.az xəbər verir ki, bu barədə BMT baş katibinin daimi nümayəndəsinin müavini Fərhan Haq bildirib.
“Əsas büdcəni, sülhməramlı missiyaların və tribunalların büdcəsini nəzərə alsaq, ümumi məbləğ 2,8 milyard dollar təşkil edir”, - deyə o, jurnalistin müvafiq sualını cavablandırıb.
Haqın sözlərinə görə, Birləşmiş Ştatlar bu məbləğin 1,5 milyard dollarını BMT-nin əsas büdcəsinə köçürməlidir.
O həmçinin xatırladıb ki, dünya təşkilatının təsdiq edilmiş qaydalarına əsasən, əgər ölkənin borcu iki il ərzində BMT-nin adi büdcəsinə tələb olunan töhfələrin məbləğindən artıq olarsa, ölkə BMT Baş Assambleyasında səsvermə hüququnu itirir. BMT Baş Assambleyasının təsdiq etdiyi 2025-ci il üçün müntəzəm büdcəsi 3,72 milyard dollardır.