ABŞ neftin qiyməti proqnozunu dəyişdi | Banco.az

ABŞ neftin qiyməti proqnozunu dəyişdi

ABŞ Enerji İnformasiya İdarəsi, 2019-cu il üçün Brent neftin barrel qiyməti gözləntisini 63 dollardan 65 dollara qaldırıb.

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) bu illə dair neftin qiyməti proqnozunu dəyişib.

EIA-nın "Aprel 2019" hesabatında bu il Brent tipli xam neftin orta hesabla barrel qiymətinin 65 dollar olmasının nəzərdə tutulduğu bildirilib. EIA-nın mart ayı hesabatında bu il Brent neftin barrel qiymətinin 63 dollar olacağı təxmin edilmişdi.

Digər tərəfdən, Brent tipli xam neftin gələn ilə dair barrel qiyməti gözləntisi isə dəyişdirilməyərək 62 dollarda saxlanılıb. 

Hesabatda qeyd edilib ki, qiymət proqnozunun dəyişdirilməsinə səbəb Venesuelanın xam neft istehsalı ixracının azalması, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata üzv olmayan ölkələrin hasilatlarını azaltmalarıdır. 

Hesabatda, ABŞ-ın 2019 və 2020-ci ilə dair xam neft istehsal proqnozları artırılıb. 

Ən sərfəli kredit üçün müraciət et

ABŞ-da gündəlik orta hesabla xam neft hasilatının bu il 12,4 milyon barrel, gələn il isə 13,1 milyon barel olacağı proqnozlaşdırılır. EIA-nln mart ayı hesabatında ABŞ-ın gündəlik orta hesabla xam neft hasilatının 2019-da 12,3 milyon barrel, 2020-də isə 13 milyon barel olacağının təxmin edildiyi qeyd edilmişdi.

ABŞ-ın xam neft hasilatı keçən ilin noyabrda gündəlik orta hesabla 11,7 milyon barrelə çataraq Rusiya və Səudiyyə Ərəbistanı geridə qoymuşdur.

Ölkənin xam neft istehsalı 23-29 Mart həftəsində isə gündəlik orta hesabla 12,2 milyon barrelə aşaraq yeni bir rekord qırmışdır.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et