ABŞ neft qiyməti proqnozlarını yüksəltdi | Banco.az

ABŞ neft qiyməti proqnozlarını yüksəltdi

ABŞ Enerji İnformasiya İdarəsi (EIA), gələn ilə dair neft qiyməti proqnozlarını yüksəldib. 

2020-ci ildə Brent növü xam neftin orta barel qiymətinin 60,50 dollar, Qərb Texas (WTI) növü xam neftin orta barel qiymətinin də 55 dollar olacağı nəzərdə tutulur.

Noyabr hesabatında gələn il üçün Brent növü xam neftin orta barel qiymətinin 60 dollar, WTI xam neftin orta barel qiymətinin isə 54,50 dollar olacağı təxmin edilmişdi.

EIA-in buaykı hesabatında, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə üzv olmayan bəzi neft istehsalçısı ölkələrin xam neft istehsallarını 2020-nin ilk rübündə əlavə gündəlik 500 min barel azaltmaq qərarının, qiymətlərin yüksəlməsinə səbəb olacağı qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ-ın gələn ilə dair xam neft istehsalı proqnozu isə gündəlik ortalama 100 min barel aşağı salınıb. Hesabata görə, ölkənin gələn il gündəlik orta xam neft istehsalının 13,2 milyon barel ətrafında reallaşacağı nəzərdə tutulur. EIA-in noyabr ayı hesabatında, ABŞ-ın gündəlik orta  xam neft istehsalının 2020-də 13,3 milyon barel olacağı təxmin edilmişdi.

ABŞ, 2018-ci ilin Noyabr ayında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük xam neft istehsalçısı olmuşdur.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et