ABŞ neft ehtiyatlarını kəskin şəkildə artırıb | Banco.az

ABŞ neft ehtiyatlarını kəskin şəkildə artırıb

Müəllif:Mehin Qasımova/Banco.az

ABŞ-ın neft ehtiyatları həftə ərzində 1,44 milyon barel artıb.

Banco.az  ölkənin Energetika Nazirliyinə istinadən xəbər verir ki, həftə ərzində ehtiyatlar  1,4 milyon barel artıb.

Beləliklə, ABŞ-ın kommersiya neft ehtiyatları 448,5 milyon barrelə yüksəlib.Verilən məlumata görə, hazırkı rəqəmlər son beş ilin orta göstəricisindən bir faiz aşağıdır. Həmçinin həftə ərzində ölkədə benzin ehtiyatları 4,5 milyon barel (-1,8 faiz) azalıb. 

Enerji ehtiyatları və hasilatı ilə bağlı statistik məlumatların dərci fonunda dünya bazarında neftin qiymətinin artımı sürətlənib. Brent markalı neftin may fyuçerslərinin qiyməti 2,05 faiz artaraq 83,72 dollar/barel olub. Texas WTI markalı neftin aprel fyuçersləri 2,73 faiz bahalaşaraq 80,28 dollar olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram