Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ administrasiyası Misirə 1,3 milyard dollar hərbi yardım edəcək.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin məlumatında deyilir.
“Bu qərar regionda sülhün inkişafı və Misirin ABŞ-ın milli təhlükəsizlik prioritetlərinə xüsusi töhfəsi, xüsusilə, Qəzzada atəşkəs razılaşmasının tamamlanması, girovların evlərinə qaytarılması, ehtiyacı olan fələstinlilərə humanitar yardımın artırılması və İsrail ilə Fələstinin radikal HƏMAS hərəkatı arasında münaqişənin yekun həllinə kömək etmək üçün vacibdir”- deyə məlumatda bildirilib.
Qeyd edək ki, Misir İsrail və HƏMAS arasında danışıqlarda vasitəçi kimi çıxış edir.
Bizi sosial şəbəkələrdən izləyin!!