ABŞ Meksika körfəzində hasilatı dayandıra bilər | Banco.az

ABŞ Meksika körfəzində hasilatı dayandıra bilər

ABŞ-ın Prezident Administrasiyası Meksika Körfəzindəki platformalarda çalışan bir neçə işçidə koronavirusun aşkarlanması səbəbindən neft hasilatının məcburi dayandırılmasını müzakirə edib.

Bu barədə “The Wall Street Journal” hadisəyə yaxın mənbələrə istinadən məlumat yayıb.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, lakin bu məsələyə baxılıb-baxılmadığı hələlik məlum deyil. Nəşr bildirir ki, əgər ABŞ Meksika körfəzindəki hasilatı dayandırarsa, ölkədə gündəlik neft hasilatı 2 mln. barel azalacaq. Hazırda ABŞ-ın gündəlik neft hasilatı 13 mln. barel təşkil edir.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et