ABŞ məhkəməsi "Google"u inhisarçı kimi tanıyıb | Banco.az

ABŞ məhkəməsi "Google"u inhisarçı kimi tanıyıb

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ-nin Kolumbiya dairəsi üzrə Federal Məhkəməsi “Google” şirkətini axtarış sistemləri arasında inhisarçı kimi tanıyaraq şirkətin bu bazarda dominant mövqeyindən sui-istifadə etdiyini bildirib.

Banco.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

"Google inhisarçıdır və o, öz inhisarını saxlamaq üçün buna uyğun hərəkət edir", - nəşr hakim Amit Mehtanın 276 səhifəlik qərarından sitat gətirir.

Məhkəmə ABŞ Ədliyyə Departamentinin şirkətin “Apple” və digər smartfon istehsalçıları ilə müqavilələr bağlayaraq, “Google”un defolt axtarış sistemi kimi quraşdırılmasını tələb etməklə antiinhisar qanunlarını pozması ilə bağlı rəyi ilə razılaşıb. Hakim həmçinin şirkətin öz rəqiblərini reklam bazarında mənfi vəziyyətə salması barədə qərar verib.

“Google üzərindəki bu qələbə Amerika xalqının tarixi qələbəsidir. Heç bir şirkət nə qədər böyük və ya güclü olursa olsun, qanundan üstün deyil”, - ABŞ Baş prokuroru Merrik Qarland bildirib. Ağ Evin mətbuat katibi Karin Jan-Pyer də məhkəmənin qərarını alqışlayıb.

Ən sərfəli kredit üçün müraciət et

“Alphabet”in (“Google”un sahibi) qlobal məsələlər üzrə prezidenti Kent Uolker şirkətin qərardan şikayət etməyi planlaşdırdığını söyləyib. Şirkət dəfələrlə bildirib ki, istifadəçilər smartfonlarında hansı axtarış sistemindən istifadə edəcəklərini özləri seçirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et