ABŞ məhkəməsi Fransa bankını cərimələdi | Banco.az

ABŞ məhkəməsi Fransa bankını cərimələdi

Amerika məhkəməsi Fransanın “BNP Paribas” bankının 10 milyard dollar (7,5 milyard avro) cərimə ödəməsi barədə qərar çıxarıb.

Məhkəmə bankın apardığı əməliyyatlarda cinayət tərkibinin olub-olmaması ilə əlaqədar uzun müddət araşdırmalar apardıqdan sonra bankın bu qədər məbləğ cərimə ödəməsi barədə qərar qəbul edib.

Məhkəmənin qərarında qeyd olunub ki, Amerikanın İrana, Kubaya və digər ölkələrə qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, Fransa bankı həmin ölkələrə böyük məbləğdə pul köçürmələri həyata keçirmiş və çirkli pulların yuyulmasında müəyyən rol oynamışdır.

Bank rəsmiləri böyük məbləğdə cərimənin 3 milyard dollara endirilməsi istiqamətində danışıqlar aparsalar da, müsbət nəticə əldə edə bilməyiblər.

Məhkəmə bütün cərimənin ödənilməsində israrlıdır.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: anspress.com