Müəllif - Aida İsaq, Banco.az
ABŞ-ın maliyyə naziri Canet Yellen mayın 11-13-də Yaponiyanın Niiqata şəhərində G7-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin toplantısında iştirak edəcək.
ABŞ maliyyə nazirliyinin verdiyi açıqlamaya görə, C.Yellen G7 toplantılarından əvvəl mətbuat konfransı keçirəcək.
C.Yellenin mətbuat konfransında G7 toplantısı üçün üç əsas prioriteti açıqlayacağı bildirilir. Onların siyahısına iqtisadi dayanıqlığın və inamın artırılması, qlobal makroiqtisadiyyatın gücləndirilməsi daxildir.
Bizi sosial şəbəkələrdən izləyin!!