ABŞ-lı milyarderlər Covid-19 müddətində sərvətlərini kəskin artırıblar | Banco.az

ABŞ-lı milyarderlər Covid-19 müddətində sərvətlərini kəskin artırıblar

Yeni növ koronavirus (Covid-19) pandemiyası ilə əlaqədar iqtisadiyyat və səhiyyə sahəsində çətin günlər keçirən dünyanın ən böyük iqtisadiyyatı ABŞ-da, milyarderlərin sərvətləri artıb.

Epidemiya dövrünün əvvəlindən dekabr ayına qədər olan müddətdə amerikalı 651 milyarderin cəmi sərvəti 1 trilyon dollardan çox artımla 4 trilyon dollara çatıb.

Ölkədə epidemiya məhdudiyyətlərinin ortaya çıxmağa başladığı tarix olan 18 Mart 2020-də 2,95 trilyon dollar olan ABŞ-lı milyarderlərin sərvəti, 7  dekabr 2020-ci il tarixinədək 36% artaraq 4,01 trilyon dollar səviyyəsinə yüksəlib.

651 milyarderin cəmi sərvəti, ABŞ əhalisinin az qala yarısı olan və cəmi 2 trilyon dollara sahib olan 165 milyon nəfər aşağı gəlirlinin sərvətinin 2 qatına bərabərdir.

marja

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et