Müəllif - Aida İsaq, Banco.az
Mart ayının son 2 həftəsində ABŞ-da kommersiya banklarının verdiyi kreditlər azalıb.
Banco.az xəbər verir ki, “Silikon Vadisi Bankı” və “Siganture Bank”ın iflasından sonra sərtləşdirilən kredit şərtləri fonunda kreditlərdəki daralma rekord həddə çatıb. Kreditlərin həcmində təxminən 105 milyard dollar azalma qeydə alınıb. Bu, 1973-cü ildən bəri ən böyük azalma olub.
Ölkənin 25 ən böyük bankının kreditləri 2 həftə ərzində 23,5 milyard dollar, kiçik kommersiya banklarının kreditləri 73,6 milyard, xarici bankların kreditləri isə 7,5 milyard dollar azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!