ABŞ kamera bazarının nəhənglərini "qara siyahı"ya daxil etdi | Banco.az

ABŞ kamera bazarının nəhənglərini "qara siyahı"ya daxil etdi

ABŞ, "Hikvision"da daxil olmaqla 8 texnologiya nəhəngini insan haqqları pozuntusu səbəbilə "qara siyahı"ya daxil etdi

ABŞ Çinin 8 texnologiya şirəkətini "qara siyahı"ya daxil edib. ABŞ iddia edir ki, həmin şirkətlər Xinjiang bölgəsindəki müsəlman azlıqların insan haqlarını pozublar.

Qlobal təhlükəsizlik kameraları bazarının üçdə birini nəzarət edən və dünyanın hər yerində kameraları olan "Hangzhou Hikvision Digital Technology Co." və "Zhejiang Dahua Technology Co." şirkətləri də "qara siyahı"ya daxil edilən şirkətlər arasında yer alır. 

Dünyanın ən qiymətli süni zəka startapı olan "SenseTime Group Ltd" və Honq Konqda 1 milyard dollara qədər  İPO hədəfləyən süni zəka nəhəngi "Megvii Technology  Ltd" də ABŞ-ın hədəfi olub. 

Siyahıdakı şirkətlərin, ABŞ hökumətindən alınan icazə olmadan ABŞ-dakı şirkətlərlə iş qurmaları qadağan edilir. 

Marja