ABŞ istiqrazlarının gəlirliliyi ilin ilk ticarət günündə artıb | Banco.az

ABŞ istiqrazlarının gəlirliliyi ilin ilk ticarət günündə artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ istiqrazlarının gəlirliliyi ilin ilk ticarət günündə artıb.

Banco.az xəbər verir ki, 10 illik istiqraz gəlirliliyi erkən ticarətdəki artımdan sonra 2 baza bəndi azalaraq 4,15 faizə düşüb. 30 illik istiqraz gəlirliliyi isə sentyabrın əvvəlindən bəri ən yüksək səviyyəsinə qalxdıqdan sonra 1 baza bəndi enərək 4,84 faiz səviyyəsində ticarət olunub.

Bu volatilliyə baxmayaraq, 2025-ci il ABŞ Xəzinə istiqrazları üçün uğurlu il olub və "Bloomberg"in sektoru izləyən indeksi 6 faizdən çox gəlir təmin edib. ABŞ istiqraz bazarındakı dəyişkənliyin gözləntilərini əks etdirən göstərici də 2022-ci ilin əvvəlindən bəri ən aşağı səviyyələrinə enib.

Lakin indi əsas sual ABŞ istiqrazlarının 2026-cı ildə də bu qazancı davam etdirib-etdirməyəcəyidir. Bazar iştirakçıları bu il ərzində daha çox faiz endiriminin ediləcəyi mövzusunda ümumilikdə həmfikirdir. ABŞ Prezidenti Donald Trampın may ayında səlahiyyət müddəti başa çatacaq "Fed" sədri Jerome Powell-in yerinə daha yumşaq mövqeyə malik bir namizəd təyin edəcəyi gözləntisi də bu fikri gücləndirir.

ABŞ iqtisadiyyatı hələ də dayanıqlılığını qoruyur. Keçən həftə açıqlanan məlumatlar son iki ilin ən sürətli iqtisadi artımının qeydə alındığını göstərsə də, bu vəziyyət yaxın müddətdə əlavə faiz endirimi ehtimalını daha mürəkkəb hala gətirir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram