ABŞ: İstehlakçılar iqtisadiyyatın artımını təmin edir | Banco.az

ABŞ: İstehlakçılar iqtisadiyyatın artımını təmin edir

İstehlakçıların xərcləri və xarici bazarlarda Amerika mallarına olan tələbatın artması keçən ilin sonunda ABŞ iqtisadiyyatında əsaslı artımın müşahidə olunmasına səbəb olmuşdur. Amerikalıların xərcləri 3.3% artmışdır. Bu göstərici son 4 ilin ən güclü artım tempi nümayiş etdirən göstəricisi hesab olunur.

Nəticədə, dördüncü rübdə ABŞ-da ÜDM-un həcmi 3.2% artmaqla, analitiklərin proqnozlarının doğruluğunu nümayiş etdirmişdir. Lakin gözlənildiyi kimi,bu artım 4.1% həddinə çatan rekord artım göstəricisini üstələyə bilməmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün bunlarla yanaşı, investorlar hələ də Mərkəzi Bankın dəstəyi olmadığı təqdirdə ölkədə yüksək artım tempinin sonrakı vəziyyətinə dair narahatlıq içindədirlər.

Banco.az

Sevinc Ibadova

Ən sərfəli krediti almaq üçün müraciət et