ABŞ işçilərə ən az dəyər verən ölkələrdən birinə çevrilib | Banco.az

ABŞ işçilərə ən az dəyər verən ölkələrdən birinə çevrilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Oxfam: ABŞ işçilərə ən az dəyər verən ölkələrdən biridir.

Banco.az xəbər verir ki, Britaniyanın “Oxfam” xeyriyyə təşkilatının Amerikada fəaliyyət göstərən bölməsi tərəfindən hazırlanan və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv ölkələrin əmək bazarı siyasətlərini müqayisə edən "Çox işləməyin mükafatlandırılmadığı yer" adlı hesabata görə, ABŞ işçinin ən az qiymətləndirildiyi ölkələrdən birinə çevrilib.

Hesabatda azad bazar iqtisadiyyatına əsaslanan 38 demokratik ölkə “əmək haqqı siyasəti”, “işçilərin müdafiəsi” və “təşkilatlanma hüququ” baxımından qiymətləndirilib və nəticə ABŞ-ın bu sahələrdəki vəziyyəti ilə müqayisə edilib.

Nəticədə bəlli olub ki, ABŞ milyonlarla işçi və onların ailələri üçün adekvat əmək haqqı, müdafiə və hüquqların təmin edilməsində İƏİT ölkələri arasında ən aşağı pillələrdən birini tutur. Belə ki, minimum əmək haqqı və işsizlik maaşlarına diqqət yetirən “əmək haqqı siyasətləri” indeksində 37,28 balla 36-cı yerdə olan ABŞ bu baxımdan yalnız Danimarka və Meksikanı geridə qoya bilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et