ABŞ İrana görə Çin şirkətlərinə sanksiya tətbiq etdi | Banco.az

ABŞ İrana görə Çin şirkətlərinə sanksiya tətbiq etdi

Müəllif:Mehin Qasımova, Banco.az 

ABŞ Dövlət Departamenti Çin və Honq-Konqda yerləşən bəzi şəxsləri və şirkətləri İranın ballistik raket proqramını dəstəklədikləri üçün sanksiya siyahısına əlavə edib.

Banco.az xəbər verir ki, ABŞ  Dövlət Departamentindən verilən yazılı açıqlamada İrana qarşı maksimum təzyiq siyasətinin davam etdiyi vurğulanıb. Açıqlamada Çin və Honq-Konqda yerləşən bəzi şəxslər və şirkətlərin İranın ballistik raket proqramını dəstəklədikləri səbəbiylə sanksiya siyahısına salındığı bildirilib. 

Bu kontekstdə qeyd edilib ki, sözügedən şirkət və şəxslər İranın ballistik raket proqramında istifadə etmək üçün karbon lifi istehsalının lokallaşdırılması səylərini dəstəkləyib, həmçinin İran İnqilabı Keşikçiləri Korpusuna karbon lifi və karbon lifi istehsalı üçün avadanlıq verib.