ABŞ iqtisadiyyatında artım yavaşlamağa başlayıb | Banco.az

ABŞ iqtisadiyyatında artım yavaşlamağa başlayıb

ABŞ iqtisadiyyatı ötən ilin son rübündə proqnozdan çox artıb, ancaq əvvəlki rübə nisbətən artım yavaşlayıb. 

ABŞ Ticarət Nazirliyinin açıqladığı məlumata görə, 3-cü rübdə 3.4% artan iqtisadiyyat ilin 4-cü rübündə 2.6% artıb.

Proqnoz iqtisadi inkişafın 2.2% olacağı istiqamətində idi.

İqtisadiyyatının əsas "mühərriki" olan istehlakçı xərcləri isə son rübdə 2.8% artıb. Proqnoz 3% idi.   

Ən sərfəli kredit üçün müraciət et

2018-ci il ərzində iqtisadi artım isə 2.9% olub, bu ABŞ Prezidenti Trumpın 3% hədəfindən bir az aşağıdır.  

Son rübdə iqtisadi artımın gözlənildiyindən yaxşı olmasına baxmayaraq, iqtisadiyyatın son rübdə ləngidiyinə işarə edir.

Marja