ABŞ iqtisadiyyatında artım proqnozları üstələyə bilməyib | Banco.az

ABŞ iqtisadiyyatında artım proqnozları üstələyə bilməyib

ABŞ iqtisadiyyatı bu ilin II rübündə faktiki olaraq 2,6% artım göstərib. 

"Report" xəbər verir ki, bu, ekspertlərin proqnozları ilə üst-üstə düşüb. 

Nəticədə, bu ilin yekunu etibarı ilə ÜDM-in artım tempi proqnozu 2,5%-dən aşağı enib. Bu da, 2017-ci il üçün iqtisadi artım sürətinin ABŞ Prezidenti Donald Trampın 3% hədəfindən xeyli aşağı olacağını göstərir. Bu səbəbdən, FED-in monetar siyasətini sərtləşdirməsi ehtimalları bir qədər zəifləyib. Bu da dolların ucuzlaşmasına gətirib çıxarıb. Hazırda avro/dollar cütlüyünün məzənnəsi 0,6% artımla 1,1747 USD/EUR səviyyəsinə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

"Report"un analitik qrupu yaxın 6 ayda USD/EUR məzənnəsinin 1,15-1,20 diapazonunda qalacağını ehtimal edir.

Ən sərfəli krediti almaq üçün müraciət et