ABŞ iqtisadiyyatı IV rübdə gözləniləndən çox artım göstərib | Banco.az

ABŞ iqtisadiyyatı IV rübdə gözləniləndən çox artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ iqtisadiyyatı 2022-ci ilin dördüncü rübündə gözləniləndən daha çox böyüyüb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi oktyabr-dekabr ayları üzrə Ümumi Daxili Məhsul (ÜDM) məlumatlarına dair yekun proqnozlarını açıqlayıb.

Buna görə, ABŞ-da ÜDM 2022-ci ilin 4-cü rübündə illik 2,9 faiz artıb. İqtisadçılar sözügedən dövrdə iqtisadiyyatın 2,6 faiz artacağını proqnozlaşdırmışdılar.

İqtisadiyyatın ən böyük hissəsini təşkil edən şəxsi istehlak isə 2,1 faiz artaraq proqnozlara çata bilməyib.

Xatırladaq ki, ölkə iqtisadiyyatı ötən ilin birinci rübündə 1,6 faiz, ikinci rübündə isə 0,6 faiz azaldıqdan sonra üçüncü rübdə 3,2 faiz artım göstərmişdi. Keçən ilin ilk yarısında iki rüb ardıcıl olaraq qeydə alınan daralma tənəzzüllə bağlı narahatlıqların artmasına gətirib çıxarmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram