"ABŞ iqtisadiyyatı "əsən tərs küləklərdən" təsirlənir" | Banco.az

"ABŞ iqtisadiyyatı "əsən tərs küləklərdən" təsirlənir"

Müəllif -Aida İsaq, Banco.az

Çində Kovid-19-la bağlı yaranan vəziyyət və Avropada müşahidə olunan enerji çatışmazlığı hazırda ABŞ iqtisadiyyatına öz təsirlərini göstərir.

Banco.az xəbər verir ki, bu barədə ABŞ maliyyə nazirinin müavini Wally Adeyemo bildirib. O, ötən həftə Avropaya səfəri çərçivəsində müxtəlif qiymətləndirmələr apararaq öz fikirlərini bölüşüb. Belə ki, ABŞ iqtisadiyyatında hazırda vəziyyətin qənaətbəxş olduğunu qeyd edərək, iş yerlərinin yaradılmasında sürətlənmənin, iqtisadi artımın və böyük investisiyaların davam etdirilməsinin yaxın illərdə tədarük zəncirindəki çətinlikləri aradan qaldıra biləcəyini qeyd edib.

W.Adeyemo ölkəsinin “əsən tərs küləklər”dən təsirləndiyini də bildirərək, düzgün siyasi addımların atılması sayəsində ABŞ iqtisadiyyatının bu vəziyyətə tab gətirmək gücündə olduğunu vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et