ABŞ iqtisadiyyatı birinci rübdə gözləniləndən az artım göstərib | Banco.az

ABŞ iqtisadiyyatı birinci rübdə gözləniləndən az artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ iqtisadiyyatı 2024-cü ilin birinci rübündə 1,3 faizlə proqnozlardan aşağı artım göstərib.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi yanvar-mart dövrü üzrə Ümumi Daxili Məhsul (ÜDM) məlumatlarına dair ikinci proqnozları açıqlayıb.

Buna görə, ABŞ-da ÜDM bu ilin birinci rübündə illik 1,3 faiz artıb. Bununla da 2022-ci ilin ikinci rübündən bəri ən aşağı artım qeydə alınıb.

Xatırladaq ki, ölkə iqtisadiyyatı 2023-cü ilin son rübündə 3,4 faiz, ötən il isə 2,5 faiz artım nümayiş etdirib.

Qeyd edək ki, ilin birinci rübündə ABŞ iqtisadiyyatının artımı istehlak xərclərinin, yaşayış və qeyri-yaşayış sahələrinə qoyulan əsas investisiyaların, əyalət və yerli idarəetmə xərclərinin artması ilə şərtlənib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et