ABŞ inflyasiya göstəricilərinin təsirindən qızıl bahalaşıb | Banco.az

ABŞ inflyasiya göstəricilərinin təsirindən qızıl bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İnflyasiya məlumatlarının açıqlanması ilə qızılın qiyməti də bahalaşıb.

Banco.az xəbər verir ki, qızıl ABŞ-dakı inflyasiya göstəricilərinin səngiməsi və bununla da FED-in faiz artımlarına fasilə verəcəyi proqnozları ilə bahalaşmağa başlayıb.

Qızıl bu həftə təxminən 1% bahalaşaraq rekord həddə yaxın ticarət olunmağa davam edir.

Xatırladaq ki, qiymətli metalın ayın əksər hissəsində 2 min dollardan baha satılmasında dolların etibarlılığını riskə atan ABŞ-ın borc limiti böhranı ilə bağlı narahatlıqlar da rol oynayıb.

Spot bazarda qızılın bir unsiyası 2025 dollara satılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram