ABŞ-ın xarici ticarət kəsiri 5,1 faiz artıb | Banco.az

ABŞ-ın xarici ticarət kəsiri 5,1 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın xarici ticarət kəsiri oktyabrda 5,1 faiz artıb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi oktyabr ayı üzrə xarici ticarət məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, ölkənin xarici ticarət kəsiri oktyabr ayında əvvəlki aya görə 5,1 faiz artaraq 64,3 milyard dollara çatıb.

Bazar proqnozu bu dövrdə xarici ticarət kəsirinin 64,1 milyard dollar olacağı istiqamətində idi.

Ötən üç ayın ən yüksək səviyyəsinə çatan xarici ticarət kəsiri sentyabr ayında 61,2 milyard dollar olaraq hesablanmışdı.

Qeyd edək ki, sözügedən dövrdə ABŞ 23,9 milyard dollarla ən böyük xarici ticarət kəsirini Çinə qarşı yaşayıb. Bununla yanaşı, oktyabrda ölkənin Avropa İttifaqı (Aİ) və Kanada ilə ticarət kəsiri artdığı halda, İsveçrə ilə ticarət kəsiri azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram