ABŞ-ın xarici ticarət kəsiri 5 ayın ən aşağı həddinə düşüb | Banco.az

ABŞ-ın xarici ticarət kəsiri 5 ayın ən aşağı həddinə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın xarici ticarət kəsiri ötən 5 ayın ən aşağı həddinə düşüb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi avqust ayı üzrə xarici ticarət məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, xarici ticarət kəsiri avqust ayında əvvəlki aya görə 10,8 faiz azalaraq 78,9 milyard dollardan 70,4 milyard dollara geriləyib.

“Bloomberg” sorğusunda iştirak edən iqtisadçılar 70,5 milyard dollar ticarət kəsiri gözləyirdilər.

Bu dövrdə idxal 0,9 faiz azalaraq 345,40 milyard dollardan 342,19 milyard dollara düşüb. İdxalın azalmasında neftin qiymətinin aşağı düşməsi təsirli olub.

İxrac isə 2 faiz artaraq 266,48 milyard dollardan 271,76 milyard dollara yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Xarici kəsirdəki 8,5 milyard dollarlıq daralma 2023-cü ilin martından bəri ən böyük daralma olaraq qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram