ABŞ-ın xam neft ehtiyatları gözlənildiyindən çox artıb | Banco.az

ABŞ-ın xam neft ehtiyatları gözlənildiyindən çox artıb

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 5,5 milyon barrel (1,2 faiz) artaraq 460,6 milyon barrelə yüksəldiyini açıqlayıb. 

Xam neft ehtiyatları ötən həftə 1,4 milyon barrel azalma qeyd etmişdi. "Bloomberg"in sorğusuna görə, ehtiyatların ötən həftə 1 milyon barrel artacağı gözlənilirdi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə dəyişiklik göstərməyib və 649,1 milyon barreldə qaıbdı.

ABŞ-ın benzin ehtiyatları ötən həftə 2,1 milyon barrel (0,9 faiz) azalaraq 225,8 milyon barrelə enib. Benzin ehtiyatları əvvəlki həftə 1,2 milyon barel azalmışdı.

Ən sərfəli kredit üçün müraciət et

 
ABŞ-ın xam neft idxalı, keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 1,15 milyon barel artımla 7,14 milyon barelə qalxıb, ixracı isə gündəlik orta hesabla 280 min barel artımla 2,68 milyon barelə çatıb.


 
NEFT HASİLATI ARTIB

Ölkənin xam neft hasilatı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 100 min barel artım göstərib. İstehsal, ölkənin Alyaska ştatında min barel azalıb, digər ştatlarda isə cəmi 100 min barel artıb.

Beləliklə, 13-19 Aprel həftəsində ABŞ-ın xam neft istehsalı təxminən gündəlik orta hesabla 12,2 milyon barrel səviyyəsində baş tutdub.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et