ABŞ Enerji İnformasiya İdarəsi, ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının ötən həftə 10,8 milyon barrel (2,4 faiz) azalaraq 445 milyon barrelə gerilədiyini açıqlayıb.
Mütəxəssislər, ölkədəki neft ehtiyatlarının 4 milyon barrel düşəcəyi barədə proqnoz vermişdi. Xam neft ehtiyatları əvvəlki həftə isə 3,1 milyon barel azalmışdı.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə bir əvvəlki həftəyə nisbətən dəyişiklik göstərməyərək 644,8 milyon barreldə qalıb.
ABŞ-ın benzin ehtiyatları da keçən həftə 0,2 milyon barrel (0,1 faiz) azalaraq 232,5 milyon barrelə enib. Benzin ehtiyatları əvvəlki həftə 3,6 milyon barrel artmışdı.
NEFT HASİLATI AZALIB
Ölkənin xam neft hasilatı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 700 min barel azalıb. Beləliklə, 13 İyul -19 İyul həftəsində ABŞ-ın xam neft istehsalı gündəlik orta hesabla 11,3 milyon barrel səviyyəsində baş tutub.
ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 196 min barel artımla 7,02 milyon barelə qalxıb, ixracı gündəlik orta hesabla 758 min barrel artaraq 3,29 milyon barrelə çatıb.
Marja