ABŞ-ın xam neft ehtiyatları azalıb | Banco.az

ABŞ-ın xam neft ehtiyatları azalıb

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 1,7 milyon barrel (0,4 faiz) azalma ilə 439,7 milyon barrelə gerilədiyini açıqlayıb. "Marja" xəbər verir ki, bazar gözləntisi ehtiyatların 2,4 milyon barrel azalacağı istiqamətində idi. Xam neft ehtiyatları ötən həftə 7 min barel artmışdı.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə bir əvvəlki həftəyə nisbətən dəyişiklik göstərməyərək 649,1 milyon barel səviyyəsində qalıb.

Sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları isə 8,1 milyon barel (3,4 faiz) artımla 248,1 milyon barelə yüksəlib. Benzin ehtiyatlarına dair bazar gözləntisi 3,4 milyon barel artım olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 6,9 milyon barel artım göstərmişdi.
 
ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 454 min barel artımla 7,85 milyon barelə qalxıb, ixracı isə gündəlik orta hesabla 172 min barrel azalma ilə 2,06 milyon barrelə enib.

 

Ən sərfəli kredit üçün müraciət et

HASİLAT ARTIB

Ölkənin xam neft hasilatı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 10 min barel yüksəlib. Gündəlik 10 min barellik artım yalnız Alyaska ştatında baş verib, digər ştatların xam neft hasilatında dəyişiklik olmayıb.

Beləliklə, 29 Dekabr-4 Yanvar həftəsində ABŞ-ın xam neft istehsalı təxminən gündəlik orta hesabla 11,7 milyon barrellə rekord səviyyədə qalmaqda davam edib və son 52 həftədə 41-inci dəfə artmışdır.

EIA-nın  "Dekabr 2018" hesabatına görə, ölkənin gündəlik orta hesabla xam neft istehsalının gələn il 12,1 milyon barrel olacağı ehtimal edilir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et