ABŞ-ın xam neft ehtiyatları azaldı | Banco.az

ABŞ-ın xam neft ehtiyatları azaldı

ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının keçən həftə 5 milyon barel (0,9%) azalaraq 526,5 milyon barelə gerilədiyini açıqlayıb.

Bazar proqnozu ehtiyatların 1,1 milyon barel artacağı istiqamətində idi. Ölkənin xam neft ehtiyatlarıbir əvvəlki həftə 700 min barel azalmışdı.

Ölkənin kommersiya xam neft ehtiyatları15 həftə ardıcıl artdıqdan sonra ikinci dəfə azalmışdır.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 1,9 milyon barel artımla 641,6 milyon barelə yüksəlib.

NEFT İSTEHSALI AZALIB

Bu dövrdə ABŞ-ın xam neft istehsalı isə gündəlik orta hesabla 115 min barel azalıb. Ölkənin gündəlik xam neft istehsalı 9-15 Mayda təxminən 11,5 milyon barel olaraq reallaşıb.

ABŞ-ın gündəlik ortalama xam neft istehsalı 22-28 Fevralda 13,1 milyon barelə çataraq rekord qırmışdı.

Ən sərfəli kredit üçün müraciət et

EIA-nın "May 2020" hesabatına görə, ölkənin gündəlik orta xam neft istehsalının bu il 11,7 milyon barel olması gözlənilir.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et