ABŞ-ın kommersiya (satış) məqsədli xam neft ehtiyatları ötən həftə bir əvvəlki həftəyə nisbətən 7 milyon barel artaraq bazar proqnozundan çox artım qeyd edib.
ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədəki kommersiya xam neft ehtiyatlarının ötən həftə 7 milyon barel (1,6 faiz) artımla 456,6 milyon barelə yüksəldiyini açıqlanıb. "Marja" xəbər verir ki, bazar gözləntisi (proqnoz) ehtiyatların 2,3 milyon barrel artacağı istiqamətində idi. Kommersiya xam neft ehtiyatları ötən həftə 7,2 milyon barel artım qeyd etmişdi.
Bu nəticə ilə, ölkədəki kommersiya xam neft ehtiyatları 3 həftə ardıcıl artmışdır.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə bir əvvəlki həftəyə nisbətən dəyişiklik göstərməyərək 649,1 milyon barel səviyyəsində qalıb.
Sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları isə 7,7 milyon barrel (3,3 faiz) azalma ilə 229,1 milyon barrelə enib. Bazar gözləntisi benzin ehtiyatlarının 2 milyon barrel azalması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1,8 milyon azalmışdı.
ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 164 min barrel azalaraq 6,6 milyon barrelə, neft ixracı da gündəlik orta hesabla 374 min barrel azalma ilə 2,35 milyon barrelə enib.
NEFT HASİLATI REKORD SƏVİYYƏDƏ QALIR
ABŞ-da xam neft hasilatı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 2 min barel artıb. Gündəlik orta hesabla xam neft hasilatı ölkənin Alyaska ştatında 2 min barel artım qeyd edərkən, digər əyalətlərdə isə dəyişməyib.
Beləliklə, 30 Mart-5 Aprel həftəsində ABŞ-ın xam neft istehsalı gündəlik orta hesabla 12,2 milyon barrellə rekord səviyyədə qalıb. Neft hasilatı son 64 həftədə 49 dəfə artım göstərmişdir.
EIA-nın "Aprel 2018" hesabatına görə, ölkənin gündəlik orta hesabla xam neft hasilatının bu il 12,4 milyon barrel, gələn il isə 13,1 milyon barrel olacağı ehtimal edilir.
marja