ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya məqsədli (satış) xam neft ehtiyatlarının keçən həftə 7 min barel (0,01%) artımla 441,4 milyon barelə yüksəldiyini açıqlayıb. Halbuki, bazar proqnozu ehtiyatların 3,1 milyon barel azalacağı istiqamətində idi. Xam neft ehtiyatları bir əvvəlki həftə 46 min barel azalmışdı.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə keçən həftə bir əvvəlki həftə ilə müqayisədə dəyişiklik göstərməyərək 649,1 milyon barel səviyyəsində sabit qalıb.
Söz mövzusu dövrdə ABŞ-ın benzin ehtiyatları isə 6,89 milyon barel (3%) artımla 240 milyon barelə yüksəlib. Benzin ehtiyatlarına dair bazar proqnozu 2 milyon barel artım olacağı idi. Benzin ehtiyatları bir əvvəlki həftə 3 milyon barel artmışdı.
ABŞ-ın xam neft idxalı keçən həftə bir əvvəlki həftə ilə müqayisə gündəlik ortalama 264 min barel azalaraq 7,39 milyon barelə, ixracı da gündəlik ortalama 732 min barel azalma ilə 2,24 milyon barelə geriləyib.
NEFT İSTEHSALI AZALIB
Ölkənin xam neft istehsalı keçən həftə bir əvvəlki həftə ilə müqayisədə gündəlik ortalama 2 min barel azalıb. Gündəlik ortalama xam neft istehsalı ölkənin Alaska əyalətində 2 min barel azalarkən, digər əyalətlərdə isə dəyişiklik göstərməyib.
Beləcə, ötən həftə ABŞ-ın xam neft istehsalı təxminən gündəlik ortalama 11,7 milyon barel səviyyəsində reallaşıb. Hasilat son 51 həftədə 11- inçi dəfə azalma göstərib.
EIA-nın "Dekabr 2018 Hesabatına" görə, ölkənin gündəlik ortalama xam neft istehsalının gələn il 12,1 milyon barelolacağı təxmin edilir.
marja