ABŞ-ın xam neft ehtiyatı azalıb | Banco.az

ABŞ-ın xam neft ehtiyatı azalıb

ABŞ-ın kommersiya (satış üçün nəzərdə tutulan) xam neft ehtiyatı ötən həftə bir əvvəlki həftə ilə müqayisədə 3,1 milyon barrel azalıb.

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatının ötən həftə 3,1 milyon barrel (0,6 faiz) azalaraq 482,4 milyon barrelə gerilədiyini açıqlayıb. Xam neft ehtiyatı əvvəlki həftə 2,2 milyon barrel artmışdı.

Kommersiya xam neft ehtiyatına daxil olmayan strateji xam neft ehtiyatı da keçən həftə əvvəlki həftəyə nisbətən dəyişiklik göstərməyərək 644,8 milyon barreldə qalıb.

ABŞ-ın benzin ehtiyatı da keçən həftə 1,7 milyon barrel (0,7 faiz) azalaraq 233,2 milyon barrelə enib. Benzin ehtiyatı əvvəlki həftə 800 min barel artmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin xam neft hasilatı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 100 min barel düşüb. İstehsal, ölkənin Alyaska ştatında 14 min barrel azalma göstərərkən, digər ştatlarda isə təxminən cəmi 100 min barel azalıb. Beləliklə, 8-14 İyun həftəsində ABŞ-ın xam neft istehsalı gündəlik orta hesabla 12,2 milyon barrel səviyyəsində olub.

ABŞ-ın xam neft idxalı isə keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 144 min barrel azalma ilə 7,46 milyon barrelə geriləyib, ixracı isə gündəlik orta hesabla 300 min barel artımla 3,42 milyon barelə yüksəlib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et