ABŞ-ın Venesuelada sanksiyaları yumşaltması neft tədarükünə necə təsir göstərəcək? | Banco.az

ABŞ-ın Venesuelada sanksiyaları yumşaltması neft tədarükünə necə təsir göstərəcək?

Müəllif - Aida İsaq, Banco.az

ABŞ-ın sanksiyaları yumşaltmasına baxmayaraq, yaxın gələcəkdə Venesueladan neft tədarükünün əhəmiyyətli dərəcədə artması gözlənilmir.

Banco.az xəbər verir ki, "Chevron" şirkəti hazırda bir sıra texniki tapşırıqları yerinə yetirməlidir. 

ABŞ "Chevron"a Cənubi Amerika ölkəsində yenidən neft hasil etməyə icazə verdikdə Venesuela ilə bağlı siyasətində əhəmiyyətli dəyişiklik etdi. Lakin bu qərar hazırda dünya neft hasilatında sadəcə cüzi artımla müşahidə olunacaq.

Qeyd olunur ki, şirkət ilk növbədə Venesueladan neft tədarükünün həcmini dəyişmək üçün bəzi texnoloji problemləri həll etməlidir. Xüsusilə, avadanlıqların təmiri, işçi qüvvəsi və elektrik enerjisi problemləri aradan qaldırılmalıdır.

Analitiklərin hesablamalarına görə, şirkətin itirilmiş hasilatı bərpa etmək üçün ən azı 50 milyard dollar investisiyaya ehtiyacı var. Eyni zamanda, yarım ildən sonra neft hasilatının gündə cəmi 30 min barelə qədər arta biləcəyi gözlənilir. Bu isə dünya bazarı miqyasında bir qədər kiçik göstərici hesab olunur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et