"ABŞ-ın toparlanması 2021-in sonunadək uzana bilər" | Banco.az

"ABŞ-ın toparlanması 2021-in sonunadək uzana bilər"

ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauel (Jerome Powell), Amerika iqtisadiyyatının toparlanmasının 2021-ci ilin sonuna qədər uzana biləcəyini söyləyib. O, koronavirusa peyvəndin tapılmasının iqtisadiyyatın yığışmasına kömək edəcəyini qeyd edib. 

Pauel, "Məncə iqtisadiyyat bu ilin ikinci yarısı ərzində sabit bir şəkildə yığışacaq. İqtisadiyyatın tamamilə toparlanması üçün insanların tam güvənmələri lazımdır. Bunun üçün də peyvəndi  gözləmək gərəkə bilər", - deyib.

ABŞ-da virusun yayılmasının qarşısını almaq üçün iqtisadiyyatın bağlanması ilə 36 milyondan çox adam Fevral ayından bu yana işini itirib. Saysız şirkət, xüsusilə də kiçik olanlar iflasa doğru sürüklənirlər. Ştatlar və şəhərlər də artan büdcə kəsiri ilə qarşı-qarşıyadırlar. Bu da cəmiyyətdə böyük bir işdən çıxarma dalğasının yaşana biləcəyi mənasını verir.

marja

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et