ABŞ-ın tikinti xərcləri azalıb | Banco.az

ABŞ-ın tikinti xərcləri azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aprel ayında ABŞ-ın tikinti xərcləri bazar proqnozlarına uyğun gəlməyərək 0,4 faiz azalıb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi aprel ayına dair tikinti xərcləri ilə bağlı məlumatları açıqlayıb.

Buna əsasən, ölkədə mövsümi təsirlərdən təmizlənmiş tikinti xərcləri aprel ayında əvvəlki ayla müqayisədə 0,4% azalaraq 2,15 trilyon dollar olub.

Bazar proqnozu isə həmin dövrdə tikinti xərclərinin 0,4% artacağı yönündə idi.

Mart ayında da tikinti xərcləri 0,8% azalmış və 2,16 trilyon dollar səviyyəsində qeydə alınmışdı.

Apreldə:

  • Dövlət sektorunun tikinti xərcləri 0,4% artıb,

  • Özəl sektorun tikinti xərcləri isə 0,7% azalıb.

Ümumilikdə, tikinti xərcləri illik müqayisədə də 0,5% azalma göstərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram