ABŞ-ın ticarət kəsiri 23 faiz artıb | Banco.az

ABŞ-ın ticarət kəsiri 23 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın xarici ticarət kəsiri aprel ayında aylıq 23 faiz artım göstərib.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi aprel ayı üzrə xarici ticarət məlumatlarını dərc edib.

Məlumatlara görə müəyyən olur ki, aprel ayı ərzində ölkənin xarici ticarət kəsiri əvvəlki ayla müqayisədə 23 artaraq 74,6 milyard dollara çatıb.

İqtisadçılar bu dövrdə xarici ticarət kəsirinin 75,2 milyard dollar olacağını proqnozlaşdırmışdılar.

Qeyd edək ki, aprel ayında 6 ayın ən yüksək səviyyəsinə çatan kəsir  mart ayında 60,6 milyard dollar idi.

Sözügedən dövrdə ABŞ-ın xarici ölkərə qarşı ən ən böyük xarici ticarət kəsiri 24,2 milyard dollar məbləğində Çinlə qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram