ABŞ-ın ticarət kəsiri 2009-cu ildən bəri ən aşağı səviyyəyə düşüb | Banco.az

ABŞ-ın ticarət kəsiri 2009-cu ildən bəri ən aşağı səviyyəyə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın ticarət kəsiri 2009-cu ildən bəri ən aşağı səviyyəyə düşüb.

Banco.az xəbər verir ki, “ABŞ Ticarət Nazirliyi”nin açıqladığı məlumatlara görə, oktyabr ayında mal və xidmətlər üzrə ticarət kəsiri əvvəlki ayla müqayisədə 39 faiz azalaraq 29,4 milyard dollar təşkil edib. 

“Bloomberg” sorğusunda iştirak edən iqtisadçılar isə kəsirin 85,7 milyard dollar olacağını proqnozlaşdırmışdılar. Oktyabr ayı üzrə hesabatın açıqlanması hökumətin fəaliyyətinin dayandırılması səbəbindən bir ay gecikib.

İdxal dərman preparatları və monetar olmayan qızıl tədarükündəki azalmanı əks etdirərək 3,2 faiz azalıb. ABŞ-ın ixracının dəyəri isə oktyabr ayında 2,6 faiz artıb. Bildirilib ki, göstərilən rəqəmlər inflyasiya nəzərə alınmaqla düzəliş edilməyib.

Oktyabr ayında dərman idxalı əvvəlki ay artım göstərməsindən sonra, 2022-ci ilin iyul ayından bu yana ən kəskin azalmanı qeydə alıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram