ABŞ-ın sənaye istehsalındakı artım gözləniləndən çox olub | Banco.az

ABŞ-ın sənaye istehsalındakı artım gözləniləndən çox olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın sənaye istehsalı mart ayında gözləntiləri üstələyib.

Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) mart ayı üzrə sənaye istehsalı və istehsal gücündən istifadə məlumatlarını açıqlayıb.

Müvafiq olaraq, ölkədə sənaye istehsalı mart ayında əvvəlki aya görə 0,4 faiz artım göstərib. Bazar gözləntiləri bu dövrdə sənaye istehsalının 0,2 faiz artması istiqamətində idi. Sənaye istehsalı fevralda isə 0,2 faiz artmışdı.

Emal sənayesi istehsalı isə mart ayında aylıq 0,5 faiz azalıb. Gözləntilər emal sənayesi istehsalında 0,1 faiz azalma olacağına işarə edirdi. Fevral ayında emal sənayesində istehsal 0,6 faiz artmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən dövrdə ölkədə istehsal gücündən istifadə əmsalı da 0,2 bənd artaraq 79,8 faiz təşkil edib. Bazar gözləntiləri 79 faiz idi. Fevral ayında isə bu göstərici 79,6 faiz qeyd edilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et