ABŞ-ın sənaye istehsalında gözlənilməz nəticələr əldə olunub | Banco.az

ABŞ-ın sənaye istehsalında gözlənilməz nəticələr əldə olunub

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da sənaye istehsalı aprel ayı ərzində avtomobil istehsalı başda olmaqla, gözlənilməz artıma keçib.

Banco.az xəbər verir ki, FED tərəfindən dərc edilən rəsmi məlumatlara görə, ölkədə istehsalı aprel ayında 0,5 faiz artıb ki, iqtisadçılar heç bir dəyişiklik gözləmirdilər. Ötən ay isə sənaye istehsalı 0,4 faiz artmışdı.

Emal sənayesi istehsalı da 1 faiz artım göstərib və bununla da 0,1 faizlik proqnozları üstələyib. 

Qeyd edək ki, ABŞ-da çətinliklərlə üzləşən istehsal sektoru daha sərt maliyyə şərtləri, aşağı tələb və qeyri-müəyyən perspektivlər səbəbindən təzyiq altında qalmağa davam edə bilər. Belə ki, açıqlanan göstəricilər sənayesinin gələcəyi ilə bağlı mürəkkəb mənzərə ortaya qoyur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et