ABŞ-ın sənaye istehsalı proqnozları doğrultmayıb | Banco.az

ABŞ-ın sənaye istehsalı proqnozları doğrultmayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

May ayında ABŞ-ın sənaye istehsalı proqnozları doğrultmayıb.

Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) may ayı üzrə sənaye istehsalı və potensialdan istifadə məlumatlarını açıqlayıb.

Buna görə, ölkədə sənaye istehsalı may ayı ərzində əvvəlki ayla mqayisədə 0,2 faiz azalıb. Bazar gözləntiləri bu dövrdə sənaye istehsalının 0,1 faiz artacağını deyirdi. Aprel ayında isə sənaye istehsalı 0,5 faiz artmışdı.

Eyni dövrdə ölkədə potensialdan istifadə göstəricisi də 0,2 bənd azalaraq 79,6 faiz təşkil edib.

Bazar proqnozlarından aşağı olan bu nisbətin 79,7 faiz olacağı gözlənilirdi. Aprel ayında potensialdan istifadə nisbəti 79,8 faiz olaraq qeyd edilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram