Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın “Western Alliance” bankı satış iddialarını təkzib edib.
Banco.az xəbər verir ki, ABŞ-ın regional “Western Alliance” bankı satış üçün strateji variantları araşdırmaq məqsədilə məsləhətçilərlə işləməsinə dair xəbərin doğru olmadığını açıqlayıb.
Baş ofisi Arizona ştatının paytaxtı Finiks şəhərində yerləşən bankın yaydığı bəyanatda “Western Alliance”ın bütün səhmlərini və ya bir qismini potensial olaraq satmağı düşündükləri xəbərinin həqiqəti əks etdirmədiyi bildirilib.
Qeyd edək ki, sözügedən xəbərdən sonra bankın səhmləri dəyərinin 50 faizindən çoxunu itirib və birja əməliyyatları bir neçə dəfə dayandırılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!